Kiyevdə iki partlayış: bir Milliqvardiyaçı həlak oldu, dörd nəfər yaralandı
12-12-2025, 08:44
Kiyev Şəhər Prokurorluğunun məlumatına görə, paytaxtın Darnitsa rayonunda baş verən ilk partlayış zamanı əraziyə nəzarət edən iki Milliqvarvdiyaçıdan biri həlak olub.
İkinci Milliqvarvdiyaçı və yaxınlıqdakı obyektin mühafizəçisi yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım əməkdaşları gəldikdən sonra ikinci partlayış baş verib. Bu zaman iki polis əməkdaşı xəsarət alıb.
İstintaq: hadisə terror aktı kimi araşdırılır
Prokurorluq bildirir ki, baş verənlər Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3-cü hissəsi – ölümlə nəticələnən terror aktı kimi araşdırılır.
Artıq müəyyən edilib ki, partlayışa özəl hazırlanmış partlayıcı qurğu səbəb olub.