Polşa prezidenti Latviyada çirkli avtomobillə qarşılandı

15-12-2025, 11:38           
Polşa prezidenti Latviyada çirkli avtomobillə qarşılandı
Polşa Prezidenti Karol Navrotskinin Latviyaya dövlət səfəri qalmaqalla başlayıb.

Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, Polşa lideri üçün ayrılan və Riqa hava limanına gələn avtomobilin çirkli olması diqqət çəkib.

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Matsey Veviorsun sözlərinə görə, yüksəkvəzifəli məmurlar üçün nəqliyyat ev sahibi ölkə tərəfindən təmin edilir.

Latviya tərəfi avtomobilin ani yağış səbəbindən çirkləndiyini və Riqa hava limanında avtomobilyuma məntəqəsinin olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]