İranın paytaxtı Tehranda üçmərtəbəli yaşayış binası çöküb. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, hadisə Yaftabad bölgəsində baş verib. Dağıntılar altından 4 nəfər sağ çıxarılıb. Axtarış və xilasetmə əməliyyatları davam edir.