İsveçdə 12 yaşlı oğlan sifarişli qətldə şübhəli bilinərək saxlanılıb.
19-12-2025, 12:18
İsveçdə 12 yaşlı oğlan sifarişli qətldə şübhəli bilinərək saxlanılıb.
"Mirror" xəbər verir ki, qətl hadisəsində səhvən başqa şəxs öldürülüb.
Məlumata görə, yeniyetməyə bu cinayəti törətməsi üçün 20 min funt sterlinq (45 min manatdan çox) ödənilib.
Qeyd olunur ki, Malmödə bir yeniyetmə 21 yaşlı kişini öldürməkdə ittiham olunur. Müstəntiqlər hesab edirlər ki, o, dostları ilə maşında olarkən başqa avtomobildə olan şəxsi vurub.
Nəşrin məlumatına görə, yeniyetmə cinayəti törətmək üçün xüsusi olaraq şəhərə gəlib. Polis hadisədən bir neçə gün sonra qatili müəyyən edib.
Şübhəli şəxs yaşının azlığına görə həbs edilməyib. O, hazırda qəyyumluq altındadır və ona hüquqi yardım göstərilir.
Məlumata görə, qatilin əsl hədəfi, çox güman ki, eyni avtomobildə olan başqa bir sərnişin olub.