Fransa məhkəməsi yetkinlik yaşına çatmayan bir qızın cinsi köləlik işi üzrə hökm oxuyub. "Le Parisien" xəbər verir ki, evdən qaçan qız tələyə düşüb. Klubda yeni tanış olduğu rəfiqəsi ona qalacaq yer təklif edib, amma bunun əvəzinə azyaşlının telefonunu əlindən alaraq, onu köləliyə satıb.
40 gün ərzində qıza kokain verilib və o, gündə 10-15 kişiyə xidmət etmək məcburiyyətində qalıb. Bu müddət ərzində ona 300 dəfə təcavüz edilib. O, yalnız bir ay yarımdan sonra, qatar bələdçisindən kömək istəyərək qaçmağı bacarıb.
Məhkəmə təşkilatçılara hökm oxuyub: Ambre 20 ay həbs və 20 ay şərti cəza, Usman 6 il həbs, Kventin üç il 15 ay şərti cəza, onun həyat yoldaşı Klara isə 18 ay şərti cəza alıb. Onların hər birinin üzərinə zərərçəkmişə 10 000 avro təzminat ödəmək öhdəliyi qoyulub.