22-si saat 17:30-da Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində gənc qız qaçırılıb.
TEREF xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilir ki, "Qurtuluş 93" ünvanında naməlum şəxslər "Mercedes" markalı avtomobil ilə gələrək orada yaşayan gənc qızı zorla avtomobilə mindiriblər. Daha sonra ərazidən uzaqlaşıblar. Qız köməyə adam çağırsa da, faydası olmayıb.
Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdik.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırma aparılır. Nəticəsi ilə bağlı məlumat veriləcəkdir.