Fransada zavodda partlayış: Yaralananlar var

23-12-2025, 12:34           
Fransada zavodda partlayış: Yaralananlar var
Fransada "Elkem Silicones" şirkətinə məxsus silikon məmulatları zavodunda partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Hadisə Rona departamentinin Sen-Fons kommunasında yerləşən müəssisədə qeydə alınıb.

İlkin məlumata görə, partlayış nəticəsində dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerinə hazırda 35 yanğınsöndürən və 13 xüsusi texnika cəlb olunub.

Yanğınsöndürənlər bildiriblər ki, partlayışın səbəbi zavodun laboratoriyasında hidrogen sızması ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]