Səssiz qatil yenə iki can aldı

23-12-2025, 11:24           
Səssiz qatil yenə iki can aldı
Dəm qazı zəhərlənməsi növbəti dəfə faciə ilə nəticələnib.

Paytaxtın Xətai rayonunda baş verən hadisə nəticəsində bacı və qardaş həyatlarını itiriblər. Hadisə dekabrın 20-də axşam saatlarında rayondakı çoxmərtəbəli binalardan birində yerləşən mənzildə qeydə alınıb.

İlkin məlumata görə, 17 yaşlı Zeynəb Yaralıyeva və 16 yaşlı qardaşı Amin Yaralıyev dəm qazından boğularaq dünyasını dəyişiblər.

Hadisənin şahidi bildirir ki, faciə saat 20 radələrində baş verib:

"Evə qayıdanda səs-küy eşitdim. Həyəcanla yuxarı qalxdım ki, görüm səs bizim evdən gəlir, ya yox. Hamı yığışmışdı. Dedilər ki, bacı və qardaş rəhmətə gediblər. Onlar burada anaları ilə yaşayırdılar".

Digər bir şahid isə qeyd edib ki, yaşadıqları ev onların şəxsi evi olmayıb:

"Arada anaları ilə liftdə qarşılaşırdım. Öz evləri deyildi, kirayədə qalırdılar. İki ildir burada yaşayırdılar. Qusarın kəndindən idilər, yəqin dəfn üçün ora apararlar".

Daha ətraflı Baku TV-nin videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]