Arxeoloji tapıntıları oğurlayan yeddi nəfər saxlanıldı- BU ÖLKƏDƏ

24-12-2025, 15:44           
Arxeoloji tapıntıları oğurlayan yeddi nəfər saxlanıldı- BU ÖLKƏDƏ
İspaniya polisi oğurlanmış, VI əsrə aid qızıl tac, gümüş sikkələr və tarixi dəyəri böyük olan digər arxeoloji tapıntıları aşkar edib.
Ajans.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilib.

Məlumata görə, oğurluqda təqsirli bilinən yeddi nəfər saxlanılıb. Şübhəli şəxslər Leon və Valyadoliddə bir neçə arxeoloji ərazinin talan edilməsində və ələ keçirilən artefaktların satılmasında iştirak ediblər.

Oğurlanmış arxeoloji tapıntıların satışından əldə edilən qazancın bir milyon avronu keçdiyi bildirilir.

Müsadirə edilmiş artefaktlar tədqiqat üçün muzeyə təhvil veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]