Tayvan sahillərində 6,7 maqnitudalı zəlzələ baş verib 28-12-2025, 09:44 Tayvan sahillərində 6,7 maqnitudalı zəlzələ qeydə alınıb."Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Zəlzələnin episentri təxminən 397 min nəfərin yaşadığı Kilun liman şəhərindən 63 km cənub-şərqdə, 68 km dərinlikdə yerləşib.Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib. Facebook-da paylaş