Braziliyada əyləncəli yarış ölümlə nəticələndi

30-12-2025, 17:17           
Braziliyada əyləncəli yarış ölümlə nəticələndi
Braziliyada bir kurortda keçirilən qarpız yemə yarışı zamanı iştirakçı ölüb.
Məlumat "Daily Mail" nəşrində verilib.

37 yaşlı Karlos Serasomma həyat yoldaşının gözü qarşısında müsabiqədə iştirak edərkən dünyasını dəyişib. Faciə San-Pedru şəhərində baş verib. Yarışda Karlos bir qarpız dilimini əllərini istifadə etmədən sürətlə yeməli olub. Lakin yarışın başlanmasından bir neçə dəqiqə sonra o, boğulmağa başlayıb və huşunu itirib.

Şahidlərin sözlərinə görə, kurort işçiləri və qonaqlar Karlosu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Bildirilib ki, kişinin ölüm səbəbi nəfəs yollarının tutulması olub.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]