Rusiya bu ölkənin səfirliyini vurdu – Dərhal reaksiya verildi

10-01-2026, 10:34           
Rusiya bu ölkənin səfirliyini vurdu –
Qətər Xarici İşlər Nazirliyi Rusiyanın Kiyevə təşkil etdiyi hücuma münasibət bildirib.

Açıqlamada Ukraynanın paytaxtında yerləşən Qətər səfirliyinin binasına zərər dəyməsi faktı təsdiqlənib.

Qətər tərəfi səfirliyin zərər görməsindən təəssüfləndiyini bəyan edib. Bildirilib ki, hücum nəticəsində diplomatik nümayəndəliyin əməkdaşları arasında xəsarət alan olmayıb.

Qətər XİN beynəlxalq hüquqa uyğun olaraq səfirliklərin, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların qərargahlarının və mülki obyektlərin qorunmasının, eləcə də əməkdaşların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, Qətər Ukraynadakı müharibənin dialoq yolu ilə həllinə dair prinsipial mövqeyini bir daha təsdiqləyib.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]