Suriyalı jurnalist canlı yayım zamanı tankın zərbəsindən yerə yıxıldı - VİDEO

12-01-2026, 16:34           
Suriyalı jurnalist canlı yayım zamanı tankın zərbəsindən yerə yıxıldı - VİDEO
Suriyanın Hələb şəhərində özlərini SDQ adlandıran, PKK-YPG kimi tanınan terror təşkilatına qarşı əməliyyatlar davam edir.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Suriya milli ordusu tərəfində Hələb şəhərindəki döyüşləri işıqlandıran suriyalı televiziya müxbiri canlı yayım zamanı bədbəxt hadisə ilə üzləşib.

Anbaan çəkilən görüntüdə hərbi fəaliyyət barədə reportaj hazırlayan sözügedən jurnalist arxadan yaxınlaşan Suriya milli ordusuna məxsus tankın zərbəsindən qəfildən yerə yıxılır. Bundan sonra yaxınlıqda olan Suriya ordusunun əsgərləri jurnalistin köməyinə gəliblər.

Məlumata görə, qəzanın baş verməsindən sonra yayım dayandırılıb. Hadisə nəticəsində isə jurnalistin vəziyyətinin yaxşı olduğu bildirilib.

Xatırladaq ki, 6 yanvar tarixindən Suriyanın Hələb şəhərinin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələri PKK-YPG tərəfindən ələ keçirilib. Lakin Suriya ordusunun onlara qarşı əməliyyatları davam edir.

Hətta Suriya ordusu Hələbdə SDQ terror təşkilatına qarşı keçirilən əməliyyatlardan sonra atəşkəs elan edib. Atəşkəs qərarının əsas məqsədi məhəllələrdə hərbi mövcudluğa son qoymaq, rəsmi əməliyyatların bərpasına şərait yaratmaq və evlərini tərk etmiş mülki şəxslərin geri qayıtmasını asanlaşdırmaq olub.

Hücumlar zamanı 10 mülki şəxs həlak olub, 88 nəfər isə yaralanıb. Bölgədəki toqquşmalara görə 142 min mülki şəxs təhlükəsiz ərazilərə təxliyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]