Rusiyada eyni doğum evində 9 günə 9 körpə öldü -Baş həkim saxlanıldı

14-01-2026, 17:26           
Rusiyada eyni doğum evində 9 günə 9 körpə öldü -Baş həkim saxlanıldı
Rusiyanın Novokuznetsk şəhərinin 1 saylı doğum evində 9 gün ərzində 9 körpə ölüb.

Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin Kuzbas vilayətinin səhiyyə naziri Andrey Tarasov bildirib.

Faktla bağlı başlanılan istintaqın versiyasına görə, doğum evinin işçi heyətinin öz peşə vəzifələrini lazımi qaydada yerinə yetirməməsi səbəbindən 2026-cı ilin 4-12 yanvar tarixləri arasında yeni doğulmuş 9 körpə vəfat edib. Artıq xəstəxananın baş həkimi Vitali Xeraskov və adı açıqlanmayan şöbə müdiri saxlanılıblar. Onlar ehtiyatsızlıqdan ölümə səbəb olmaqda və səhlənkarlıqda şübhəli bilinirlər.

Regional səhiyyə nazirliyinin məlumatına görə isə ölən körpələrin hamısında bətndaxili infeksiya aşkarlanıb.

Qeyd edək ki, 2024-cü ildə sözügedən doğum evində 150 qayda pozuntusu aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]