SEPAH-ın iki zabiti öldürüldü: “XMH” qisas alacağını vəd edib

15-01-2026, 12:49           
SEPAH-ın iki zabiti öldürüldü:
İranda etirazların pik həddə olduğu vaxtda bəzi şəhərlərdə hökumətin cəza dəstələrinə qarşı silahlı müqavimət halları müşahidə olunur.

Tribuna.az xəbər verir ki, belə hallardan biri Bəlucistanda qeyd alınıb.

Belə ki, bir müddət əvvəl yaradıllmış “Xalq Müqavimət Hərəkatı” dünən SEPAH-ın iki zabitini öldürüb. Silahlı dəstə olan bu təşkilat bundan öncə də SEPAH və Bəsic üzvlərini qətlə yetirməkdə tanınıb. Aksiyalardan iki həftə öncə sözügedən təşkilat Zahidan və daha bir neçə şəhərdə 20-yə yaxın SEPAH hərbçisini və Bəsic üzvünü öldürmüşdü.

XMH bu hadisədən sonra bəyan edib ki, onlar indiyə qədər öldürülən dinc etirazçıların qisasını almaq üçün bütün addımları atacaqlar. Bu hadisələrin isə başlanğıc olduğunu bildiriblər












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]