Yer kürəsində maqnit fırtınası gözlənilir Banner

17-01-2026, 11:14           
Yer kürəsində maqnit fırtınası gözlənilir Banner
Bir neçə günlük sakitlikdən sonra Yer kürəsində yenidən maqnit fırtınası müşahidə oluna bilər.

Avtosfer.az xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.

Alimlərin sözlərinə görə, hazırda Günəş küləyinin sürəti artsa da, Yer kürəsində geomaqnit vəziyyət hələlik sakit olaraq qalır. Amma bu sabitliyin uzun sürməyəcəyi proqnozlaşdırılır.

Kosmik hava proqnozları üzrə mütəxəssislər bildiriblər ki, 17–18 yanvar tarixlərində koronal dəlikdən çıxan əlavə yüksək sürətli Günəş küləklərinin Yerə çatması gözlənilir.

Hazırda maqnit fırtınasının nə qədər davam edəcəyi ilə bağlı dəqiq məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]