Çeçenistanlı qadının oğurlanan qızı 20 ildən sonra ABŞ-da tapıldı

11-02-2026, 08:18           
Çeçenistanlı qadının oğurlanan qızı 20 ildən sonra ABŞ-da tapıldı
Çeçenistan sakininin 2001-ci ildə itkin düşən qızı 20 ildən artıq müddət sonra ABŞ-da tapılıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, qız uşağı anasından 2001-ci ildə ayrılıb. Həmin dövrdə atasını itirən ailə çətin vəziyyətdə olub. Bu zaman mərhum ərinin əmisi oğlu Hansolt uşağı bir neçə günlük Moskvaya aparmağı təklif edib.

Lakin qadından gizli şəkildə Hansolt azyaşlını Fransaya aparıb, onun adını dəyişdirib və öz ata adını verib. Kişinin qohumları əvvəlcə ailəni hədələyib, daha sonra isə əlaqəni tamamilə kəsiblər.

Ana ölkəni tərk edə bilmədiyi üçün müxtəlif axtarış təşkilatlarına və Fransada yaşayan həmvətənlərinə müraciət edib. Bir neçə dəfə ona qızına bənzər uşağın görüldüyü deyilsə də, illər keçdikcə axtarışlar dayandırılıb.

2026-cı ilin yanvar ayının sonunda isə oğurlanan qız özü anasına zəng edib.

“İlk danışığımız hər ikimiz üçün çox ağır oldu. Demək olar ki, heç nə danışa bilmədik, sadəcə uzun müddət ağladıq”, – deyə qadın bildirib.

Qadının sözlərinə görə, qızı bütün bu illər ərzində dayısı tərəfindən amansız rəftara məruz qalıb. Kişi onun kənar insanlarla əlaqə saxlamasına imkan verməyib ki, anasına baş verənlər barədə məlumat verə bilməsin. Dayısının həyat yoldaşı isə qızı həftələrlə otaqda kilidləyib, barmaqlarını sındırıb, onu ev işlərinə və beş uşağa baxmağa məcbur edib.

Yalnız 18 yaşında qız bu vəziyyətdən xilas ola bilib. O, kollecə daxil olub, hüquq təhsili alıb və daha sonra ABŞ-a köçüb. Hazırda onun 32 yaşı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru