Prezident və ailəsinə sui-qəsd cəhdi

24-02-2026, 10:49           
Prezident və ailəsinə sui-qəsd cəhdi
Serbiyanın Kralevo şəhərində Prezident Aleksandr Vuçiçə, onun həyat yoldaşı və övladlarına qarşı sui-qəsd planlaşdırmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Bizimesr.az bildirir ki, Serbiya Daxili İşlər Nazirliyinin əməkdaşları Təhlükəsizlik və İnformasiya Agentliyi ilə birgə əməliyyat nəticəsində Kralevo sakinləri – 1975-ci il təvəllüdlü D.R. və 1983-cü il təvəllüdlü M.R.-ni həbs ediblər.

Onlar dövlət quruluşuna və təhlükəsizliyinə qarşı cinayət törətməkdə şübhəli bilinirlər.

İstintaq materiallarına əsasən, şübhəlilər 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək hakimiyyətin zorakılıqla dəyişdirilməsini və ali dövlət hakimiyyətinin devrilməsini planlaşdırıblar.

Bildirilir ki, onlar silah əldə etmək, prezidentə və ailəsinə hücum etmək, həmçinin, Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı zorakı əməllər törətmək barədə razılığa gəliblər.

Saxlanılan şəxslər 48 saat müddətinə həbs olunub və bu müddətdən sonra Kralevodakı Ali Prokurorluğa təhvil veriləcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru