Könül Həmzəyeva saxlanıldı

12-03-2026, 00:13           
Könül Həmzəyeva saxlanıldı
"Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, Könül Həmzəyeva Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb.
Xanım iş adamı külli miqdarda dələduzluqda ittiham olunur.

Bir neçə gün öncə K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi.

Qeyd edək ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib və Könülün onların 150 min manatını mənimsədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru