SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü

16-03-2026, 00:07           
SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
İsrailin Livanda keçirdiyi əməliyyatlar nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin yeddi yüksək rütbəli rəsmisi məhv edilib.

TEREF xəbər verir ki, bu barədə İsrailin yüksək rütbəli rəsmisi “Fox News” telekanalına verdiyi açıqlamada bildirib.

Bundan əlavə, İsrail rəsmisi İranın regiondakı logistik imkanlarına ciddi ziyan dəydiyini qeyd edib. Məlumata görə, “Qüds” qüvvələrinə məxsus 20 hərbi nəqliyyat təyyarəsindən 17-si sıradan çıxarılıb.

“Biz hamıya çatacağıq. Onlar yaxın vaxtlarda heç bir yerə qaça bilməyəcəklər”, – o qeyd edib./publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru