"F-35" pilotu İrana qarşı əməliyyat zamanı qəlpə yaraları alıb 24-03-2026, 11:38 Martın 19-da İran səmasında "F-35" qırıcısının vurulması nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin pilotu qəlpə yaraları alıb.Oxu.Az bildirir ki, bu barədə "Air And Space Forces Magazine" nəşri məlumatlı mənbələrə istinadən məlumat verib.Mənbələrin məlumatına görə, ABŞ-nin beşinci nəsil stels qırıcısı "F-35" böyük ehtimalla, döyüş uçuşu yerinə yetirərkən İran raketi tərəfindən vurulub.Hadisədən sonra pilot təyyarəni Yaxın Şərqdəki aviabazalardan birinə endirməyə nail olub. Facebook-da paylaş