Çinin iki nəhəng konteyner gəmisi Fars körfəzində ilişib qaldı
31-03-2026, 00:10

Çinin COSCO Shipping Lines şirkətinə məxsus iki nəhəng konteyner gəmisinin heyəti Hörmüz boğazının bağlanması səbəbindən Fars körfəzindən çıxmaqda çətinliklə üzləşib.
"Bloomberg" xəbər verir ki, gəmi izləmə məlumatlarına əsasən, ultra böyük konteyner gəmilərinin sahibləri müharibənin getdiyi bölgəni tərk etmək üçün ilk cəhdlərini 27 martda etmişdilər. Lakin İranın raket zərbələri riski səbəbindən hər iki gəmi boğazdan geri dönmək məcburiyyətində qalıb.
30 mart bazar ertəsi isə konteyner gəmilərinin heyətləri əvvəlcədən gəmilərin Çinə məxsus olduğunu bildirsələr də, boğazdan təhlükəsiz keçid zəmanəti ala bilməyiblər. Nəticədə, gəmilər BƏƏ-nin Şarja şəhərində toqquşma və yanğın hadisəsi ilə bağlı risklərdən ehtiyat edərək, Fars körfəzinə qayıtmaq məcburiyyətində qalıblar.
Hər bir gəminin yük tutumu təxminən 19.000 20 futluq konteynerdir.
İran hakimiyyəti əvvəllər dost ölkələrdən gələn gəmilərin boğazdan keçməsində təhlükə olmadığını bildirsə də, xarici yük gəmilərinin heyətləri Yaxın Şərqdəki bu həyati əhəmiyyətli logistika arteriyasından keçməkdə hələ də ehtiyatlı davranırlar. Məsələ həm beynəlxalq ticarətə, həm də Fars körfəzi vasitəsilə yük daşımalarına ciddi təsir göstərir.

