İraqa məxsus neft tankeri Hörmüz boğazından keçib

6-04-2026, 09:24           
İraqa məxsus neft tankeri Hörmüz boğazından keçib
İraqa məxsus neft tankeri Hörmüz boğazından keçib.

Bu barədə “Al Jazeera“ məlumat yayıb.

Məlumata görə, İraq xam nefti ilə yüklənmiş tanker İran sahillərinə yaxın ərazidə Hörmüz boğazından keçərkən müşahidə olunub.

“Marine Traffic” izləmə sisteminə görə, “Ocean Thunder” gəmisi bir qədər əvvəl Oman körfəzinə gəlib.

Bildirilib ki, “Ocean Thunder” tankeri martın 2-də təxminən 1 milyon barel “Basrah Heavy” markalı xam neftlə yüklənib, tankerin xam nefti aprel ayının ortalarında Malayziyanın “Pengerang” limanında boşaltması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru