Rza Pəhləvi Berlində ketçup atəşinə tutuldu VİDEO

Bu gün, 08:44           
Rza Pəhləvi Berlində ketçup atəşinə tutuldu  VİDEO
İranın sonuncu şahının oğlu Rza Pəhləvi Almaniyanın paytaxtında gözlənilməz hücumla üzləşib.

TEREF xəbər verir ki, Berlində keçirdiyi mətbuat konfransından çıxan Rza Pəhləvinin üzərinə naməlum şəxs tərəfindən ketçup tökülüb.

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə geniş yayılıb. Məlumata görə, Pəhləvinin mühafizəçiləri dərhal müdaxilə edərək etirazçını saxlayıb və polisə təhvil veriblər.

Xatırladaq ki, özünü mühacirətdəki İran müxalifətinin lideri kimi təqdim edən Pəhləvi martın sonunda verdiyi bəyanatda İranda azadlığın “çox yaxında” olduğunu iddia etmişdi. O, ABŞ-ni İrana qarşı müharibədə “seçilmiş kursu” davam etdirməyə çağırmışdı. Rza Pəhləvi həmçinin rejimin süqutundan sonra İrana rəhbərlik etməyə hazır olduğunu bildirmişdi./Qafqazinfo/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru