ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

4-05-2026, 09:24           
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
ABŞ ordusuna məxsus iki hərbi qulluqçu Mərakeşdə keçirilən beynəlxalq hərbi təlim zamanı itkin düşüb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə “African Lion 2026” təlimləri çərçivəsində, ölkənin Tan-Tan şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, hərbçilər mayın 2-də təlim zonasında yoxa çıxıblar. ABŞ Afrika Komandanlığı (AFRICOM) faktı təsdiqləyib və hazırda genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının aparıldığını bildirib.

Hərbçilərin taleyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, “African Lion” təlimləri ABŞ və tərəfdaş ölkələrin iştirakı ilə keçirilən ən böyük hərbi manevrlərdən biri hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru