İspaniya tarixində ən böyük narkotik əməliyyatı: 40 ton kokain ələ keçirildi - FOTO

5-05-2026, 16:38           
İspaniya tarixində ən böyük narkotik əməliyyatı: 40 ton kokain ələ keçirildi - FOTO
İspaniyanın hüquq-mühafizə orqanları Atlantik okeanında həcmi 40 tona çatan rekord miqdarda kokain partiyasını müsadirə ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" İspaniyanın Mülki Qvardiyasının Birləşmiş Assosiasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Bu göstərici ölkə tarixində ələ keçirilən ən böyük narkotik partiyası biri hesab olunur.

Qeyd olunub ki, Kanar adaları yaxınlığındakı beynəlxalq sularda dayandırılan və narkotik vasitələrlə dolu olan gəmi Syerra-Leonenin paytaxtı Fritaun şəhərindən Liviyanın Benqazi limanına doğru hərəkət edib. Yükü müşayiət edən 20-yə yaxın şəxs saxlanılıb. Bu əməliyyatın beynəlxalq şəbəkələr vasitəsilə koordinasiya edildiyi versiyası araşdırılır.

İspaniya polisinin dənizdə əvvəlki kokain müsadirəsi rekordu cari ilin yanvar ayında qeydə alınmışdı, həmin vaxt 10 tonluq yük ələ keçirilmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru