Azərbaycanda turistə qarşı ŞOK hərəkət - Sinəsinə toxundu və... - VİDEO

1-06-2026, 08:24           
Azərbaycanda turistə qarşı ŞOK hərəkət - Sinəsinə toxundu və... - VİDEO
Azərbaycana səyahətə gələn almaniyalı turist Karl və onun yaponiyalı sevgilisi Lisa bölgələrdən birində hərəkətdə olarkən xoşagəlməz və rüsvayçı hadisə ilə qarşılaşıblar. Rayon yollarından biri ilə keçən əcnəbi cütlüyün qarşısını yaşlı bir yerli sakin kəsib.

NOCOMMENT.az xəbər verir ki, avtomobili saxladan yaşlı kişi əvvəlcə turistlərlə söhbət etməyə, ünsiyyət qurmağa çalışıb. Lakin daha sonra sağollaşma bəhanəsi ilə yaxınlaşan həmin şəxs qeyri-etik hərəkətə yol verərək yaponiyalı xanım turistin sinəsinə toxunmağa cəhd göstərib.

Baş verən bu rüsvayçı hadisəni anbaan kameraya köçürən əcnəbi turistlər həmin kadrları öz sosial media hesablarında paylaşıblar.

Azərbaycanın qonaqpərvərlik imicinə ciddi kölgə salan bu hərəkətdən sonra Karl və Lisa dərhal Azərbaycan polisinə rəsmi şəkildə şikayət edərək həmin şəxsin tapılıb cəzalandırılmasını tələb ediblər.

Sözügedən görüntüləri təqdim edirik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru