SEPAH: Son sutkada Hörmüz boğazından daha 15 gəmi keçib

2-06-2026, 09:34           
SEPAH: Son sutkada Hörmüz boğazından daha 15 gəmi keçib
Son sutkada SEPAH-ın icazəsi ilə Hörmüz boğazından daha 15 gəmi keçib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində 15 gəminin, o cümlədən 4 neft tankerinin icazə və koordinasiya əsasında Hörmüz boğazından təhlükəsiz şəkildə keçdiyini açıqlayıb.

Eyni zamanda, SEPAH Körfəz və Hörmüz boğazı ərazisində fəaliyyət göstərən ticarət və tanker gəmilərinə xəbərdarlıq edib. Bildirilib ki, regiondankənar "düşmən qüvvələrlə” hər hansı əməkdaşlıq təhlükə kimi qiymətləndiriləcək və buna qarşı tədbir görüləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru