Oman körfəzində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU

2-06-2026, 08:28           
Oman körfəzində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin hücumlarına cavab tədbirləri çərçivəsində ABŞ və İsrailə məxsus "MSC Sariska" adlı gəmiyə qanadlı raketlə zərbə endirdiyini bəyan edib.

Bu barədə İranın Dövlət Teleradio Şirkəti xəbər verir.

"ABŞ ordusunun Oman körfəzi bölgəsində İrana məxsus "Lian Star" gəmisinə qarşı təcavüzkar hücumunun ardınca İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri cavab əməliyyatı çərçivəsində düşmən ABŞ-İsrailə məxsus "MSC Sariska" gəmisinə qanadlı raketlə zərbə endirib", - deyə SEPAH-ın bəyanatında bildirilir.

Mayın 30-da ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bəyan etmişdi ki, ABŞ silahlı qüvvələri İran limanına doğru hərəkət edən "Lian Star" quru yük gəmisinə "Hellfire" raketi ilə zərbə endirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru