Abşeronda ata siqaret yandırdı - Bütün ailəsi yandı

1-07-2015, 15:12           
Abşeronda ata siqaret yandırdı - Bütün ailəsi yandı
Azərbaycanda bir ailə həyatdan silinib. Abşeron rayonunda ani qığılcım 4 nəfərdən ibarət gənc ailənin çırağını əbədi söndürüb.

Milli.Az xəbər verir ki, Qobu qəsəbəsində bir neçə gün əvvəl fərdi yaşayış evində partlayış olub. Partlayış nəticəsində ata, ana və iki azyaşlı qız ağır yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə çatdırılıblar. Lakin həkimlər onların həyatını xilas edə bilməyiblər. Ailənin bütün üzvləri xəstəxanada dünyasını dəyişiblər. Onlar Beyləqan rayonuna aparılaraq dəfn ediliblər.

Hadisə atanın siqaret yandırması nəticəsində baş verib. O, evə qaz sızmasından xəbərsiz olub. Səhər tezdən siqaret yandırarkən ani partlayış baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]