`Formula`da azərbaycanlı pilot - VİDEO

29-01-2016, 13:22           
`Formula`da azərbaycanlı pilot - VİDEO
Azərbaycanı dəfələrlə kartinq yarışlarında uğurla təmsil etmiş Gülhüseyn Abdullayev cümə günü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Formula Gulf 1000 yarışında mübarizə aparacaq.

O, artıq dünəndən sərbəst yürüşlərə qoşulub. Sərbəst yürüşlər zamanı trası daha yaxşı öyrənməyə çalışan həmyerlimiz ilk iki sessiyada 5-ci olub. Sonuncu sessiyada isə Gülhüseyn qənaətbəxş nəticə göstərib və protokollarda 3-cü sətrə yiyələnib.

Qeyd edək ki, hər üç sessiyada ən yaxşı nəticəyə danimarkalı Kato Poulsen imza atıb.

Gülhüseyn bu mövsüm EuroFormula Open seriyasında Campos Racing komandasının heyətində iştirak edəcək (f-1.az).














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]