Fariz Məmmədov dünya çempionu oldu - Karyerasıyla vidalaşdı + Video

7-02-2016, 13:03           
Fariz Məmmədov dünya çempionu oldu - Karyerasıyla vidalaşdı + Video
Bu gün Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda Uqanda təmsilçisi Badru Lusambiaya qarşı döyüşüb.
Iki dəfə uqandalı idmançını naqdauna salan azərbaycanlı boksçu 8-ci raundda rəqibini nokaut edərək dünya çempionu olub.

F. Məmmədov qələbəsiylə bağlı ilk açıqlamasını da verib. O, "Qəbələ" rəhbərliyinə təşəkkür edib ve bu günü 15 ildir ki, gözlədiyini qeyd edib.

Peşəkar boksçu bu oyunun böyük boksda son oyunu olduğunu da qeyd edib və karyerasını bitirdiyini elan edib.
[media=https://www.youtube.com/watch?v=VfUkuFOsfr0]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]