Hamilton Portuqaliya Qran-prisinin qalibi oldu - FOTO

3-05-2021, 00:08           
Hamilton Portuqaliya Qran-prisinin qalibi oldu - FOTO
"Formula 1" çempionatının növbəti mərhələsi Portuqaliyada baş tutub.

Teref.Az oxu.az-a istinadən bildirir ki, "Alqarve" avtodromunda baş tutan sayca üçüncü mərhələnin qalibi "Mercedes" pilotu Luis Hamilton olub.
Yarışmada ikinci pilləni "Red Bull" komandasından Maks Ferstappen tutub. Finişə üçüncü çatan isə onun komanda yoldaşı Valtteri Bottas olub.

Qeyd edək ki, hazırda hesabında 69 xal olan Hamilton yarış cədvəlinə başçılıq edir. Trasın ötənilki qalibi də məhz o olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru