AVRO-2016-nın oyunları təxirə salına bilər

2-03-2016, 09:58           

Bu il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının müəyyən oyunları təxirə salına və yaxud tamaşaçılarsız keçirilə bilər.

Associated Press agentliyinin məlumatına görə, buna səbəb terrorla bağlı təhdidlərdir.

“Hələ ki mümkün təhdidlərə dair məlumatımız yoxdur, lakin hər şeyə hazır olmalıyıq”, - deyə UEFA nümayəndəsi bildirib.

Xatırladaq ki, ötən il, noyabrın 13-də Fransa-Almaniya matçı keçirildiyi anlarda Parisdə bir neçə terror aktı törədilmiş, ümumilikdə 130 nəfər ölmüşdü. (Apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]