Zidan Fransa millisinin baş məşqçisi olacaq

24-03-2026, 12:24           
Zidan Fransa millisinin baş məşqçisi olacaq
Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi təyinatı ilə bağlı Fransa Futbol Federasiyası (FFF) ilə şifahi razılığa gəlib.

Gununsesi.info “MARCA”ya istinadən xəbər verir ki, FFF prezidenti Filip Diallo artıq varisin seçildiyini təsdiqləyib.

Lakin o, yeni baş məşqçinin kimliyini açıqlamaq istəməyib. Federasiya rəsmisinin sözlərinə görə, boş qalan vəzifə uğrunda beş fransız mütəxəssis mübarizə aparıb.

İddiaya görə, indiki baş məşqçi Didye Deşamı DÇ-2026-dan sonra Zidan əvəzləyəcək.

53 yaşlı mütəxəssis futbolçu kimi Fransa millisində 108 oyun keçirib və 31 qol vurub. O, məşqçi kimi Madrid “Real”ını çalışdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru