Son dəqiqələrdə finala vəsiqə qazandı (VİDEO)

6-05-2026, 15:08           
Son dəqiqələrdə finala vəsiqə qazandı (VİDEO)
ATV-nin "Kəlmə-Kəlməyə” meyxana şousunda ikinci finalçı da məlum olub.

Qaynarinfo xəbər verir ki, yarışmanın 2-ci finalçısını müəyyələndirmək üçün Fariz Zeynalov və Tərlan Xəlilov üz-üzə gəliblər.

Gərgin keçən görüşdə söz ustadları maraqlı çıxışları ilə diqqət çəkib. Möhtəşəm meyxana ilə çıxış edən tərəflər sonda finalçını müəyyən edə biliblər.

Belə ki, Tərlan Maştağalı kimi tanınan Tərlan Xəlilov rəqibini üstələyərək finalda Cəlil Əliyevə rəqib olub.

Qeyd edək ki, final görüşü 9 may saat 22:00-da baş tutacaq. Meyxana ustadları Cəlil Əliyev və Tərlan Xəlilov "söz davası”na çıxacaraq qalibi müəyyən edəcəklər. Görüşü ATV telekanalından və "ATV Music” yutub kanalından canlı izləyə bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru