ABŞ dünya çempionatı dövründə uçuşlarla bağlı qadağalar tətbiq edəcək

29-05-2026, 15:18           
ABŞ dünya çempionatı dövründə uçuşlarla bağlı qadağalar tətbiq edəcək
ABŞ Federal Aviasiya İdarəsi (FAA) futbol üzrə dünya çempionatının matçları zamanı stadionların və mundialla bağlı digər obyektlərin üzərindəki səmanı uçuşa qadağan olunmuş zona elan etmək barədə qərar qəbul edib.

"İnterfax" agentliyi xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.

"Matçlar zamanı aşağıda sadalanan stadionların ətrafında üç dəniz mili radiusunda və üç min futadək (təxminən bir km - red.) hündürlükdə bütün növ hava nəqliyyat vasitələrinin, o cümlədən dronların uçuşları qadağan ediləcək", - deyə FAA-nın dərc olunmuş məlumatında qeyd olunub.

Siyahıda Los-Anceles, Sietl və Atlanta da daxil olmaqla, digər şəhərlərdəki stadionların adları yer alıb.

Bildirilir ki, bu cür tədbirlər iştirakçıların və tamaşaçıların təhlükəsizliyini təmin etmək məqsədilə görülür.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-da keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru