38 yaşlı Messi ilə bağlı mundial qərarı

29-05-2026, 11:08           
38 yaşlı Messi ilə bağlı mundial qərarı
Argentinanın futbol üzrə milli komandasının 38 yaşlı hücumçusu və kapitanı Lionel Messi mundialda iştirak edəcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Argentina milli komandasının mətbuat xidməti "X" hesabında məlumat verib.

Argentinanın 2026-cı il futbol üzrə dünya çempionatı (DÇ-2026) üçün heyəti aşağıdakı kimi təyin edilib:

Qapıçılar: Emiliano Martines ("Aston Villa"), Xuan Musso ("Atletiko Madrid"), Xeronimo Rulyi ("Marsel");

Müdafiəçilər: Nauel Molina ("Atletiko Madrid"), Qonsalo Montyel ("River Pleyt"), Kristian Romero ("Tottenhem"), Leonardo Balerdi ("Marsel"), Lisandro Martines ("Mançester Yunayted"), Nikolas Otamendi ("Benfika"), Nikolas Talyafiko ("Lion"), Fakundo Medina ("Lans");

Yarımmüdafiəçilər: Leandro Paredes ("Boka Xuniors"), Covani Lo Çelso ("Betis"), Rodriqo De Paul ("İnter Mayami"), Tyaqo Almada ("Atletiko"), Eksekiel Palasos ("Bayer"), Nikolas Qonsales ("Yuventus"), Niko Pas ("Komo"), Aleksis MakAllister ("Liverpul"), Enso Fernandes ("Çelsi"), Valentin Barko ("Strasburq");

Hücumçular: Xulian Alvares ("Atletiko Madrid"), Lionel Messi ("İnter Mayami"), Lautaro Martines ("İnter"), Xose Manuel Lopes ("Palmeyras"), Culiano Simeone ("Atletiko Madrid").

Xatırladaq ki, Argentina millisi hazırkı dünya çempionudur.

Lionel Messi futbol üzrə altıncı dünya çempionatında iştirak edəcək.

Messi daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci il dünya çempionatlarında iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru