Avropa çempionatı: Azərbaycanın minifutbol millisi 1/4 finala yüksəldi 2-06-2026, 08:48 Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.Oxu.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib."Tipos Arena"dakı qarşılaşma 3:2 hesabı ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.Günün digər görüşlərində Rumıniya Avstriyanı (7:0), Serbiya Yunanıstanı (4:2), Çexiya Monteneqronu (2:0) məğlub edib.Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlmişdi. Facebook-da paylaş