Qızılın qiyməti rekordu təzələdi - İlk dəfə 4 000 dollar səviyyəsini keçdi

7-10-2025, 10:37           
Qızılın qiyməti rekordu təzələdi - İlk dəfə 4 000 dollar səviyyəsini keçdi
Nyu-York Əmtəə Birjasında qızılın qiyməti tarixi maksimuma çataraq, tarixdə ilk dəfə bir Trua unsiyası üçün 4 000 dollar səviyyəsini keçib.

Bu barədə "Comex" ticarət platforması xəbər verir.

Səhər ticarət sessiyası zamanı qiymətli metalın dəyəri bir unsiya üçün 4 000.1 dollara çatıb. Bu zaman kotirovkaların artımı 0.35% təşkil edib. Lakin oktyabrın 7-si Bakı vaxtı ilə 04:54-də qiymət bir unsiya üçün 3 987.4 dollar səviyyəsinədək enib.

Əvvəlki tarixi maksimum oktyabrın 6-da qeydə alınmışdı. Həmin gün qızılın dəyəri bir Trua unsiyası üçün 3 949 dolları ötmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru