Əflatun Amaşova yeni vəzifə verildi - BUNDAN SONRA...

15-10-2025, 16:06           
 Əflatun Amaşova yeni vəzifə verildi - BUNDAN SONRA...
Rəsmi dövlət qəzeti “Xalq qəzeti”ndə struktur dəyişikliyi olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, mətbu orqanda direktor vəzifəsi yaradılıb.

Həmin vəzifəyə qəzetin baş redaktoru Əflatun Amaşov təyinat alıb. Marqarita pizza

O, bundan sonra “Xalq qəzeti”nin həm direktoru, həm də baş redaktoru vəzifəsini daşıyacaq.

Qeyd edək ki, “Xalq qəzeti”nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir.

Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1985-1994-cü illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, Baş redaktor və Baş direktorun birinci müavini vəzifələrində çalışıb. 2003-cü ildən Mətbuat Şurası İdarə Heyətinin sədridir. V çağırış Milli Məclisin deputatı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru