Meyiti xurma ağacının altından tapıldı - Xaçmazda müəmmalı ÖLÜM
16-10-2025, 00:11
Xaçmazda evin həyətindən meyit tapılıb. Hadisə Əhmədoba kəndində qeydə alınıb.
Kənd sakini Şalbuzov Kamran Şixbala oğlu yaşadığı evin həyətindəki ağaclıq ərazidə ölü halda tapılıb. Onun meyitini ailə üzvləri səhər saatlarında xurma ağacının altında aşkar ediblər. Mərhumun hansı səbəblə öldüyü isə bilinmir.