Rumıniyada haker həbsxana sisteminə daxil olaraq məhbusların cəza müddətini azaldıb

16-10-2025, 17:34           
Rumıniyada haker həbsxana sisteminə daxil olaraq məhbusların cəza müddətini azaldıb
Rumıniyada kiberdələduzluğa görə məhkum olunmuş və cəzasını Tırqu-Jiu şəhərindəki cəzaçəkmə müəssisəsində çəkən kişi həbsxananın informasiya sistemini sındıraraq 15 məhbusun cəza müddətini azaldıb.

Oxu.Az bu barədə "Din Politică" portalına istinadən xəbər verir.

Şübhəli həbsxana xəstəxanasında yatarkən inzibatçı hüquqları olan əməkdaşın hesab məlumatlarına gizlicə baxıb. Tırqu-Jiuya qayıdandan sonra qoşulmuş klaviaturası olan informasiya avtomatından istifadə edərək bazadakı məlumatları dəyişdirməyə başlayıb.

Beləliklə, haker məhbusların cəza müddətlərini azaldıb və alış-verişlərə xərclənən pulları onların hesablarına qaytarıb. Pozuntular iqtisadi şöbənin işçisi tərəfindən təsadüfən aşkarlanıb. Belə ki, alış-verişlərdən sonra hesablardakı məbləğlər azalmayıb.

Hüquq-mühafizə orqanları təhqiqata başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru