Yasamalda 2 nəfər güllələndi: Vəziyyətləri ağırdır

16-10-2025, 09:51           
Yasamalda 2 nəfər güllələndi: Vəziyyətləri ağırdır
Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.

TEREF “Bakupost”a istinadən xəbər verir ki, bu gecə baş verən silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatı araşdırılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru