Nadir yarış avtomobili hərraca çıxarılıb

3-11-2025, 17:38           
Nadir yarış avtomobili hərraca çıxarılıb
"Maserati 200S" yarış modeli 1955-1959-cu illərdə istehsal edilib və cəmi 28 avtomobil hazırlanıb.

Oxu.Az xəbər verir ki, 1957-ci ilə aid olan "Sport Internazionale" variantlı idman avtomobili hazırda "Bring a Trailer" onlayn hərracında satışa çıxarılıb.

Avtomobil orijinal olmayan mühərrik və yenidən dizayn edilmiş kuzova malik olsa da, təkliflər artıq bir milyon dollara çatıb.

Hərrac noyabrın 4-də başa çatacaq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru