ABŞ-də bir qışqırıq təyyarənin təcili enişinə səbəb oldu

18-11-2025, 17:08           
ABŞ-də bir qışqırıq təyyarənin təcili enişinə səbəb oldu
ABŞ-də bir kişi təyyarədə "arvadımın baqajında bomba var" deyərək sərnişinləri və ekipajı təşvişə salıb.

"People" nəşri xəbər verir ki, hadisə "United Airlines" aviaşirkətinə məxsus "Boeing 737-700" laynerində baş verib. Təyyarə Dallasdan Çikaqoya uçurmuş.

Bomba həyəcanı səbəbindən layner Sent-Luisdə təcili eniş etmək məcburiyyətində qalıb. Təyyarədə 119 sərnişin və 5 ekipaj üzvü olub.

Hüquq-mühafizə orqanları təyyarədə axtarış aparıb və heç bir partlayıcı qurğu tapmayıb. Uçuş daha sonra davam etdirilib və təyyarə Çikaqoya enib.

Sərnişinin məsuliyyətsiz davranışı uçuşun 5 saat yarım gecikməsinə səbəb olub. Yalan məlumat verən şəxs saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru