Qazaxda Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Dövlət Sərhəd Xidmətinin Qazaxda yerləşən N saylı hərbi hissəsində baş verib.
Belə ki, rayonun Daş Salahlı kəndində yerləşən hərbi hissəsinin hərbi qulluqçusu, əsgər 2001-ci il təvəllüdlü Ələkbbərov Əkbər Rövşən oğlu xidmət vaxtı odlu silahdan özünə atəş açıb. O, hadisə yerində ölüb.
Qeyd edək ki, intihar edən DSX əsgəri Ə.Əkbərov bu gün İsmayıllıda dəfn ediləcək.