Yumurta BAHALAŞDI: Yeni QİYMƏT - VİDEO

20-11-2025, 00:11           
Yumurta BAHALAŞDI: Yeni QİYMƏT - VİDEO
Son günlər həm kənd, həm də broyler yumurtasının qiymətində artım müşahidə edilir.
Ajans.az xəbər verir ki, rayon bazarlarında satıcılar bildirir ki, kənd yumurtasının qiyməti son bir həftədə qalxıb və hazırda 50 qəpikdir.

Broyler yumurtası isə 23–30 qəpik arasında dəyişir. Alıcılar bahalaşmadan narazıdır və satıcılar qiymət artımını məhsulun azalması ilə izah edirlər.

İqtisadçı Ruslan Atakişev bildirir ki, yumurtanın bahalaşmasına bir neçə səbəb təsir edir: quşların saxlanması üçün tələb olunan dərman preparatlarının, yem və dənin qiymətinin artması, həmçinin rayonlarda ev təsərrüfatlarının sayının azalması kimi amillər var. Onun sözlərinə görə, maya dəyəri yüksəlməkdə davam edərsə, yumurtanın qiyməti də bundan sonra artmağa davam edə bilər.

Daha ətraflı:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru