"Honkonq qripi" sürətlə yayılır"- ÜST

17-12-2025, 11:24           
"Honkonq qripi" sürətlə yayılır"- ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri "Honkonq qripi" kimi tanınan A(H3N2) virusunun sürətlə yayıldığını təsbit edirlər.
TASS xəbər verir ki, bu barədə ÜST-ün Epidemioloji və Pandemiya Təhlükələrinin İdarə Edilməsi Departamentinin Qlobal Respirator Təhlükələri Şöbəsinin müdiri Ventsin Çjanın açıqlamasında deyilir.

Onun sözlərinə görə, virus artıq dünyanın 30 ölkəsində aşkarlanıb:

"Şimal yarımkürəsində qış mövsümünün başlaması ilə qrip və digər tənəffüs yolu virusları ilə yoluxma hallarında artım müşahidə olunur. Bununla belə, qripə yoluxmanın qlobal səviyyəsi bu mövsümdə hələ gözlənilən diapazondadır".

Qeyd edək ki, A(H3N2) virusu ilk dəfə Avstraliya və Yeni Zelandiyada qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru