"B-2" bombardmançı təyyarəsinin mətbəxi və tualeti "əsas silah" adlandırıldı
17-01-2026, 15:08
"ABŞ Hərbi Hava Qüvvələrinin "B-2 Spirit" strateji bombardmançı təyyarəsində təchiz edilmiş tualet və mətbəx əsas "silahlar"dır, çünki pilotun havada saatlarla qalmasına imkan verir".
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ-nin "19FortyFive" nəşri məlumat verib:
"Bu imkanlara döyüş təyyarələrində nadir hallarda rast gəlinsə də, onlar lüks deyil, strateji bir vasitədir və insan müqaviməti sayəsində hədsiz dözümlülüyü və qlobal əhatə dairəsini təmin edir".
Qeyd edilib ki, bu cür imkanlar pilotlara təyyarənin kabinəsində nisbətən rahatlıqla 30 saata qədər qalmağa imkan verir. Tualet və mətbəx olmadan bombardmançının uçuş müddəti insanın imkanlarından asılı olacaqdı.